"Tottenhem"in müdafiəçisi Mikki van de Ven zədə səbəbindən bu il bir daha oynamayacaq.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Futbolçu meydana yalnız yanvarda qayıda biləcək. 22 yaşlı hollandiyalı noyabrın 6-da "Çelsi" ilə qarşılaşmada (1:4) bud nahiyəsindən zədə alıb.

Qeyd edək ki, bu mövsüm Van de Ven 12 oyun keçirib, bir qol vurub və iki sarı vərəqə alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest