10 Noyabr 2023, 20:35
FUTBOL
"Atletiko"nun hücumçusu Antuan Qrizmann Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bu azarkeşlərin səsverməsi ilə müəyyən edilib. "Atletiko" "Seltik"i 6:0 hesabı ilə darmadağın edib və fransalı iki qol vurub. Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun ən yaxşı oyunçusu adına namizədlər arasında Erlinq Haaland (“Mançester Siti”), Bukayo Saka (“Arsenal”) və Rodriqo (“Real Madrid”) də var idi.
Azarkeşlərin fikrincə Çempionlar Liqasında son oyun həftəsinin ən yaxşı qolunu 51-ci dəqiqədə cərimə meydançası xaricindən zərbə ilə “Yanq Boyz”un qapısına vuran Haaland vurub.