10 Noyabr 2023, 20:46
FUTBOL
“Qarabağ”ın qapıçısı Andrey Lunyev futbol üzrə Rusiya millisinə çağırılıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. O, UEFA Avropa Liqasında “Bayer”lə oyunda zədələnib. Onun agenti Anton Smirnov Lunyevlə bağlı vəziyyətdən danışıb: "Milliyə gəlincə, onun getməyəcəyi məsələsi hələ həll olunmayıb. Amma zədə səbəbindən getməsə, təbii ki, ayıb olacaq. Bu, peşəkar futbolçunun həyatında olan normal haldır. Milli ilə görüş yoldaşlıq oyunudur. Əsas odur ki, dekabrın 1-də “Molde” ilə cavab oyununda toparlansın. Çünki “Qarabağ” üçün bu görüş əslində Avropa Liqasında növbəti mərhələyə vəsiqənin taleyini həll edəcək”.
Qeyd edək ki, noyabrın 20-də Rusiya yığması Kuba komandası ilə qarşılaşacaq. Duel Volqoqradda keçiriləcək.