“Bu gün futbolçular sübut etdi ki, gələcəkdə daha da yaxşı olacaqlar”.

Matc.az xəbər verir ki, bu Sözləri Azərbaycan Premyer Liqasında “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edən “Kəpəz”in məşqçisi Etibar İbrahimov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Sevindirici haldır ki, bu gün üzərimizdə təzyiq yox idi. Ən azından istefa qışqırmırdılar. Azarkeşlər bilirdilər ki, bir oyunluq burdayam. Azər müəllimi əvəz elədim. Bu gün futbolçular qələbəni Azər Məmmədova görə qazandıqlar. O komanda da möhtəşəm işlər görüb. Sadəcə zaman lazım idi ki, komanda özüdə gəlsin. Bu gün futbolçular sübut etdi ki, gələcəkdə daha da yaxşı olacaqlar. Azər Məmmədov güclü, iradəli, yaxşı komanda formalaşdırıb. Müəyyən zədələr və səhvlər acı məğlubiyyətlərə gətirib çıxardı. Bu gün komanda hər şeyi etdi ki, azarkeşləri sevindirsin. Möhtəşəm azarkeşlərimiz bizimlə idilər. Onlara təşəkkür edirəm. Bu gün, yəqin ki, axırıncı çıxışımızdı sizin qarşınızda. Komandamıza uğurlar arzulayıram. Allah qoysa, "Kəpəz" layiq olduğu yerə gəlib çıxarlar. Yeni gələn məşqçiyə də uğurlar arzulayıram. İnşallah Allah bizi utandırmaz.Hərdən olur ki, insanlar yaxın adamımız itirəndə onun qədrini bilirlər. Bu gün futbolçular Azər Məmmədov üçün döyüşdülər. Azər Məmmədov komandanı yüksək səviyyədə idarə etdi və əlindən gələni getdi Gəncə futbolu üçün. Əfsuslar olsun ki, Azər müəllimə bəzi kütlələr tərəfdən zaman tanınmadı. Müəyyən səbəblərə görə Azər Məmmədov istefa Verdi. Azər Məmmədovla gəlmişəm və Azər Məmmədovla da komadanı tərk edirəm. Dekabrda Almaniyaya getməyi planlaşdırıram. "Ayntraxt"la müqaviləm var idi. Onları "Kəpəz"də işləmək üçün təxirə saldım. Akademiya pandemiyaya görə bağlanmışdı. Buna görə kompensasiya vermişdilər. "Kəpəz"ə gəldim, Gəncəmizə xidmət etdim. Azər Məmmədov kimi insanla işləmək şərəf idi. Heç nəyə peşman deyiləm. Premyer Liqada təcrübə qazandıq. Müəyyən səhvlərimiz var idi. 8 il alman məşqçi ilə işləmişəm. Deyirdi ki, Etibarla dalaşırıq, vuruşuruq, sonda komanda üçün xeyirdir. Azər Məmmədovla da belə idi. O daim təkliflərimizə açıq idi. Əminəm ki, Azər bəy Azərbaycanın ən yaxşı məşqçilərindən idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest