“Bir epizodu vurmayıb başını tutmaq mənim üçün acizlikdir”.

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Kəpəz”ə 1:0 hesabı ilə uduzan “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Rəqibi təbrik edirəm. Vacib qələbə qazandılar. "Qarabağ"la oyundan sonra öz oyunumuzu tapa bilmirik. Epizodlarda nəyisə doğru edirik, amma bu istədiyim komanda deyil. Dünən oyunu analiz edəndə "Kəpəz"in hücumda yaxşı olduğunu qeyd etmişdik. Kəsərli hücumlar olan komandadır. Sadəcə səhvimiz hücumda keçid fazasında problemin olması idi. Amma ümumilikdə biz elə komandayıq ki, qol vurmayanda daha çətin olur. Qol vurmaq lazımdır. Epizodlar var, sadəcə istədiyimizi edə bilmirik. Miça Kuzmanoviç yaxşı oyunlar keçirdi, amma çox eniş var. Nəsə etmək istəyir, amma rəqiblərin oyunu analiz etməsi yəqin ki, mane olur. Nuno Rodriqes daha yaxşı görünür. İlk turlarda daha zəif təsir bağışlayırdı. Bəlkə də rotasiyalar etməliyik. Futbolda belə hallar olur. "Qarabağ"a qarşı yaxşı oynadıq, sonra "Sumqayıt"a məğliubiyyət. Bu gün qol epizodlarımız var, sadəcə reallaşdıra bilmirik. Biz elə komandayıq ki, epizodları vurmalıyıq. Vurmayanda problemlərimiz olur. O da bu gün görünür. Futbolçularla təmasdayıq. "Qarabağ"la matç haqda danışmırıq. Önümüzə baxırıq. Daha yaxşı komanda qurmalıyıq. Bir epizodu vurmayıb başını tutmaq mənim üçün acizlikdir. İrəliyə baxmaq lazımdır”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest