10 Noyabr 2023, 22:14
FUTBOL
"İnter"in hücumçusu Lautaro Martinez oktyabrda İtaliya A Seriyasının ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb. Səsvermə zamanı “İnter”in hücumçusu rəqiblərini - “Yuventus”un müdafiəçisi Bremer, “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya, “Milan”ın yarımmüdafiəçisi Kristian Pulişiç, “Bolonya”dan Rikkardo Orsolini, “Frozinone”dən Matias Soule qabaqlayıb.
Qeyd edək ki, oktyabrda Lautaro Martinez İtaliya çempionatının üç oyununda iştirak edib və 2 qol vurub.