10 Noyabr 2023, 23:28
FUTBOL
İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Şimali Makedoniya və Ukrayna ilə 2024-cü il Avropa çempionatının seçmə turnirinin final oyunları üçün yığmanın tərkibini açıqlayıb.
Matc.az xəbər verir ki, çalışdırıcı 29 futbolçuya dəvət göndərib:
qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret (Napoli), İvan Provedel (Latsio), Quglielmo Vikario (Tottenhem);
müdafiəçilər Françesko Acerbi (İnter), Alessandro Bastoni (İnter), Alessandro Buongiorno (Torino), Davide Kalabria (Milan), Andrea Kambiaso (Yuventus), Matteo Darmian (İnter), Covanni Di Lorenzo (Napoli), Federiko Dimarko (İnter), Federiko Qatti (“Yuventus”), Rafael Toloi (“Atalanta”);
yarımmüdafiəçilər Nikolo Barella (İnter), Cakomo Bonaventura (Fiorentina), Andrea Kolpani (Monza), Brayan Kristante (Roma), Davide Frattesi (İnter), Jorginyo (Arsenal), Manuel Lokatelli ("Yuventus");
Hücumçular Domeniko Berardi (Sassuolo), Federiko Kyeza (Yuventus), Stefan El Şaaravi (Roma), Moise Kin (Yuventus), Matteo Politano (Napoli), Cakomo Raspadori (Napoli), Canluka Skamakka (Atalanta), Nikolo Zaniolo (Aston Villa) .
Qeyd edək ki, İtaliyalılar noyabrın 17-də Romada Şimali Makedoniya ilə, noyabrın 20-də isə Leverkuzendə Ukrayna ilə qarşılaşacaqlar.