11 Noyabr 2023, 12:36
FUTBOL
"Qarabağ"ın futbolçuları Patrik Andrade və Leandro Andrade növbəti dəfə Kabo Verde millisinə dəvət alıb. Matc.az xəbər verir ki, hər iki yarımmüdafiəçi Anqola və Esvatiniyə qarşı DÇ-2026-nın seçmə oyunları üçün yığmaya çağırılıb.
Noyabrın 16-da Anqolanı qəbul edəcək komanda noyabrın 21-də Cənubi Afrika Respublikasında Esvatini ilə qarşılaşacaq. D qrupunda Kamerun, Liviya və Mavriki milliləri də mübarizə aparacaq.