11 Noyabr 2023, 13:26
FUTBOL
Avropa Liqasının qrup mərhələsinin IV turunun "Bayer"lə matçında (0:1) zədələnən "Qarabağ"ın qapıçısı Andrey Lunyovun durumu məlum olub. O, 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Avropa Liqasının qrup mərhələsinin IV turunun "Bayer"lə matçında (0:1) zədələnən "Qarabağ"ın qapıçısı Andrey Lunyovun durumu məlum olub. Matc.az xəbər verir ki, o, 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu haqda Ağdam təmsilçisinin həkimi Gena Kislari Rusiya mətbuatına açıqlamasında deyib.
Lunyov Rusiya millisinin Kuba ilə keçirəcəyi yoldaşlıq oyununda iştirak edə bilməyəcək.
"Köhlən atlar" Andreyi mövsümün əvvəlində heyətinə qatıb. O, "Qarabağ"ın heyətində 9 rəsmi matçda meydana çıxıb.