"Qeydə alınan nəticəyə və oyuna görə üzgün deyiləm. Bəzi epizodlarda çox çox təhlükəli anlar yarada bilən güclü komandaya qarşı oynadığımızı bilirdik. Rəqibə topla oynamaq üçün az şans yaratdıq".

"Nitsa"nın baş məşqçisi Françesko Farioli Liqa 1-in XII turunun "Monpelye" matçından sonra (0:0) fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 34 yaşlı çalışdırıcı komandasının əsas problemini açıqlayıb:
 
"Qeydə alınan nəticəyə və oyuna görə üzgün deyiləm. Bəzi epizodlarda çox çox təhlükəli anlar yarada bilən güclü komandaya qarşı oynadığımızı bilirdik. Rəqibə topla oynamaq üçün az şans yaratdıq. Problemimiz hücumları məntiqi sonluqla bitirə bilməməyimizdir.
 
Badredin Buananinin çıxışından razıyam. Kefren Türamı müdafiəçi mövqeyində oynatdım. O, yarımmüdafiəçi mövqeyində də çıxış etmək üçün bütün keyfiyyətlərə sahibdir. Məsuliyyəti üzərinə götürməyi bacarır. Türam bu matç inanılmaz oynadı".
 
"Nitsa" Fransa çempionatının turnir cədvəlində 26 xalla birinci, "Monpelye" isə 12 xalla 12-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest