11 Noyabr 2023, 14:11
FUTBOL
"Lion"un sahibi Con Tekstor keçmiş yarımmüdafiəçi Juninyo Pernambukanonu kluba geri qaytarmaq istəyir. Tekstorun bu addımı atmasına səbəb ətrafında işini bilən insanları yığmaqdır.
"Lion"un sahibi Con Tekstor keçmiş yarımmüdafiəçi Juninyo Pernambukanonu kluba geri qaytarmaq istəyir. Matc.az xəbər verir ki, o, 48 yaşlı braziliyalını özünün xüsusi məsləhətçisi vəzifəsinə təyin etmək fikrindədir.
Tekstorun bu addımı atmasına səbəb ətrafında işini bilən insanları yığmaqdır. Con son günlər məsələ ilə bağlı Juninyo ilə sıx-sıx əlaqə saxlayır.
Pernambukano 2001-2009-cu illərdə "Lion"un formasını geyinib və 2019-2021-ci illərdə klubun idman direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, "Lion" cari mövsümə uğursuz start verib. Onlar ölkə çempionatının turnir cədvəlində 10 oyundan sonra cəmi 4 xal toplayıb və nəticədə, sonuncu – 18-ci pillədə qərarlaşıb.