ABŞ-nin "Los Anceles Qalaksi" klubunun futbolçusu Xavyer Hernandes karyerası ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, o, özünü güclü hiss etdiyini söyləyib:
 
"ABŞ, Meksika, Səudiyyə Ərəbistanı, Avropa ölkələrindən gələn təklifləri dəyərləndirirəm. Özümü daha güclü hiss edirəm. Futboldan həzz almağa davam etmək istəyirəm. Səhhətimdə problem yoxdur".
 
Çiçarito ləqəbli futbolçu cari mövsüm bütün turnirlər daxil olmaqla 12 oyuna 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Meksikalı forvard yanvarda azad agent statusu qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest