"Qremio"nun hücumçusu Luis Suares "İnter Mayami"yə keçməyə yaxındır. Matc.az xəbər verir ki, uruqvaylı növbəti ilin yanvarında azad agent kimi ABŞ klubuna qoşulacaq.
 
36 yaşlı forvard öncədən keçmiş komanda yoldaşları – Lionel Messi, Serxio Buskets və Jordi Alba ilə yenidən birlikdə oynamaq istəyir.
 
Suares cari mövsüm "Qremio"nun heyətində bütün turnirlər daxil olmaqla 46 oyuna çıxıb, 19 qol vurub və 16 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest