"Messi ilə eyni komandada oynamaq istəyirəm. O, futbolun ən yaxşılarındandır. Birlikdə oynasaq, mənə bir neçə məhsuldar ötürmə edə bilər".

"Bavariya"nın hücumçusu Harri Keyn "İnter Mayami"nin forvardı Lionel Messi ilə birlikdə oynamaq istəyir. Matc.az xəbər verir ki, İngiltərə millisinin üzvü onu futbolun ən yaxşılarından biri hesab edir:
 
"Messi ilə eyni komandada oynamaq istəyirəm. O, futbolun ən yaxşılarındandır. Birlikdə oynasaq, mənə bir neçə məhsuldar ötürmə edə bilər".
 
30 yaşlı Keyn bu ilin avqustundan Almaniya klubunda çıxış edir. O, Bundesliqa təmsilçisinin heyətində 15 oyuna çıxıb, 19 qol vurub və 7 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest