90-cı illərdə dünya çempionatında məhəllə söhbətləri var idi, İrana demişdilər ki, kimə uduzursan uduz, ABŞ-a uduzma. Məncə, "Neftçi"də də belədir ki, "Sumqayıt"a uduzma. Qol vurub, üstümüzə tullanırsansa, belə şeylər sizin də başınıza gələcək.

“Sabah gəlsin, komandanı gör necə qızışdırıram”.

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Neftçi”ni 2:1 hesabı ilə məğlub edən “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Oyuna kimi olan vəziyyəti sizə danışım. Necə edək, nə edək? Vəziyyət çox gərgin idi. Nəyə görə? Rəqib kimi bizim skamyamız yoxdur. Oktavio, İssa, Ninaq və Kamran oyunu buraxmışdı. Necə edəcəkdik? Məcburi Səbuhini vinger oynatdıq. Roy da vinger oynadı. Başımızı sındırdıq. Dünən gecə futbola baxıram. Birdən qrupa tanıyanlar video göndərir. "Neftçi" TV video düzəldib. Sübhənallah. Dedim yaxşıdır. Sabah gəlsin, komandanı gör necə qızışdırıram. Bizə bonus veriləcək? "Neftçi" mediyanın böyüyü xanımdır? Sumqayıtda məndən oyundan sonra müsahibə alırdılar. İşıqlar söndü. Çıxıb gedə bilərdim. Qabiliyyətimi göstərdim. "Neftçi" TV-nin videosunu bu gün futbolçularımız göstərdi. "Neftçi"nin media departamentinin rəhbərinə də bonus düşür. Rəhbərliklə danışaq, onlara da bonus verək. Sağolsunlar. "Sumqayıt"ın qələbəsində rolları oldu. Analizlər necə aparılır mənim üçün müəmmalıdır. Son turlarda formada olan bizik. "Neftçi"ni analiz edən adam mən deyiləm. "Neftçi" bu oyuna kimi nələr edib. Sualları verərsiz onlara. Bizim itkilərimiz var idi, "Neftçi" ev sahibidir, üstün tutulmalıydı. Ev sahibi avantajı da var idi, heyəti də genişdir. Dərin inciliklərə getsələr, bəlkə bu gün şansları 50/50 saya bilərdilər. Amma mən də azarkeş kimi üstünlüyü "Nefçti"yə verərdim. Bu qələbə sürprizdir? Xeyr. Uduzduğumuz matçlarda da dominantlığımız olub. Bu gün çox layiq idik qələyəyə. Sumqayıtdakı matçda sakit durmuşdum. Mənə elə gəlir ki, "Neftçi"yə gələn baş məşqçilər komandanı "Sumqayıt"la oyuna elə hazırlayırlar ki... Oyunlarımız gərgin keçirdi. Mən amili də var burada. 90-cı illərdə dünya çempionatında məhəllə söhbətləri var idi, İrana demişdilər ki, kimə uduzursan uduz, ABŞ-a uduzma. Məncə, "Neftçi"də də belədir ki, "Sumqayıt"a uduzma. Qol vurub, üstümüzə tullanırsansa, belə şeylər sizin də başınıza gələcək. Oyunumuza görə də alqışladılar. Bir qrup insan var ki, oyuna da önəm verir. "Neftçi" səhifələri var. Bəlkə 100-dən 50-si söyəcək. Tərifləyənlər sağolsunlar. Mən "Neftçi" üçün əlimdən gələni etmişəm, canımı qoymuşam, bacardığımı etmişəm, daha çoxunu da edə bilərdim. "Neftçi"nin, jurnalistlərin fikri belədir. Qismət elədir ki, "Sumqayıt"a qayıtmışam, buradan qalib çıxırıq”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest