Cənubi Koreya çempionatında 36-cı turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” da növbəti görüşünə çıxıb. Komanda evdə “Qanqvon”la qarşılaşıb. Ev sahibi meydandan məğlub ayrılıb – 0:1. Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Daejeon” hazırda 47 xalla 8-ci pillədədir.       

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest