Braziliya prokurorları "Əl-Hilal"ın hücumçusu Neymarın bacısı Rafaella Santosu və millinin sabiq ulduzu Rivaldonu 8 yanvar 2023-cü il çevrilişini maliyyələşdirməkdə ittiham edir.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Ölkədəki iğtişaşlar nəticəsində həbslər baş verib. Məhbuslar Neymarın bacısı və Rivaldonun Jair Bolsonaroya dəstək olaraq çevrilişi maliyyələşdirənlər arasında olduğunu etiraf ediblər.

Qeyd olunur ki, Rivaldo 9500 avro məbləğində şəxsi vəsait ayırıb. Keçmiş futbolçunun hüquqşünası vəsaitin kilsəyə köçürüldüyünə işarə edərək deyilənləri təkzib edib. Neymar bacısının pulu köçürmədiyini iddia edərək bütün ittihamları rədd edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest