11 Noyabr 2023, 20:50
FUTBOL
"Liverpul"un futbolçusu Luis Diazın atası Manuel Kolumbiyanın üsyançı qruplaşması Milli Azadlıq Ordusu (ELN) tərəfindən əsirlikdən azad edildikdən sonra ilk dəfə müsahibə verib.
Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata danışıb: “Dağ qardaşlarımdan xahiş edirəm ki, gəlin silahlarımızı yerə qoyaq. Qan, savaş, problem olmasın. Yaxşılıq üçün çalışaq. Kolumbiya sülhün olması lazım olan bir ölkədir. Bu böyük dəstəyə görə Kolumbiyaya təşəkkür edirəm. Çox tezliklə onları salamlamaq, qucaqlamaq fürsətim oldu deyə çox xoşbəxtəm. Çətin günlər keçirdim. Artıq inamım azalmışdı. Amma hər şey yaxşı oldu”.
Xatırladaq ki, Diaz ata oktyabrın 28-də həyat yoldaşı ilə birlikdə qaçırılıb və bir neçə saat sonra azadlığa buraxılıb.