"Lester"in yarımmüdafiəçisi Vilfred Endidi karyerasını "Barselona"da davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Kataloniya klubu nigeriyalının azad agentə çevrildiyi 2024-cü ilin yayında transferi başa çatdırmaq niyyətindədir. "Lester" bu mövsüm İngiltərənin ikinci ən vacib divizionu olan Çempionşipdə oynayır. Komanda 15 turdan sonra 39 xalla birinci pillədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest