“Hər iki komanda qazana bilərdi”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edən “Sabah”ın baş məşqçisi Murad Musayev deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Bu gün parlaq oyun gördük. Çoxlu qol epizodları oldu. Hər iki komanda hücum edirdi. Hər iki komanda qazana bilərdi. Biz meydanda komanda gördük. Komandamız xarakter göstərdi. Önəmli bir qələbə qazandıq”.
- Davit Volkov bu gün coşdu. Emmanuel Apeh cəzalanmalı idi ki, ona start heyətdə şans verəsiz?
- O, həmişə öz qolçu keyfiyyətlərini göstərir. Yaxşı məşq edir. İlk 11-likdə başlamasa belə ruhdan düşmür. Özünü yaxşı tərəfdən göstərdi. Mən inanıram ki, o çox yaxşı əhval-ruhiyyə ilə milli komandasına qoşulacaq. Onu təbrik edirəm.
- Nicat Mehbalıyev sizə müsbət siqnal verdi ki ona yenə əsas heyətdə şans verəsiniz?
- Nicat bu gün qələbə ilə başladı. İnamlı oyun sərgilədi. Onun uzun müddət idi ki, oyun praktikası yox idi. Mən onu təbrik edirəm. Önəmli olan odur ki, arxa xəttə müdafiə güvəndədir.
- Keçən oyun qələbə qazanmağınıza nə mane oldu?
- Bundan öncəki oyunda hakim qeyri-peşəkarlıq elədi. Düzdür, bizdə də stabillik çatışmır. Bir neçə oyun qələbə qazana bilmirdik. Çalışacağıq ki, bunun üstündə işləyək.