Türkiyə Superliqasında 12-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" evdə "Qalatasaray"ı qəbul edib. Duel meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1. Start heyətdə meydana çıxan Renat Dadaşov 87-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Hatayspor" 17 xalla turnir cədvəlinin 9-cu pilləsindədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest