"Mançester Yunayted"in hücumçusu Markus Reşford Premyer Liqanın 12-ci turunda "Luton"la dueldə meydana çıxıb.

Matc.az xəbər verir ki, bu oyun futbolçunun “Mançester Yunayted” üçün İngiltərə çempionatında 250-ci qarşılaşması olub. Reşford bu mərhələyə 26 yaş 11 günlük yaşında çataraq, 250 Premyer Liqa matçı ilə “Mançester Yunayted” tarixinin ən gənc oyunçusu oldu. “Mançester Yunayted”in Premyer Liqadakı çıxışlarına görə rekordçu Rayan Giqqzdir (632), Reşford isə Mikael Silvestri qabaqlayaraq 16-cı yerə yüksəlib. Reşford yaxın gələcəkdə Piter Şmeyxel (252) və Con O'Şini (257) də qabaqlaya bilər.

Qeyd edək ki, "Mançester Yunayted" üçün Premyer Liqa oyunlarında ilk 10-a daxil olmaq üçün Reşford 273 matç keçirməlidir. Patris Evra hazırda 10-cu yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest