Bu gün “Sabah”a 2 qol vurmaq çətindir, amma biz bacardıq. Üçüncü qoldan sonra oyunçular toparlana bildi. Futbolçularım tempdən düşmədi.

“Bir neçə oyundur futbolçularım hücumda yaxşı çıxış edir”.

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Sabah”a 3:2 hesabı ilə uduzan “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Maraqlı oyun oldu. Görüş çox sürətli başladı. Gözləmədiyimiz ucuz qollar buraxdıq. Ondan sonra komanda toparlandı və 2 qol vurdu. Bu gün “Sabah”a 2 qol vurmaq çətindir, amma biz bacardıq. Üçüncü qoldan sonra oyunçular toparlana bildi. Futbolçularım tempdən düşmədi. Bir neçə oyundur futbolçularım hücumda yaxşı çıxış edir. Amma müdafiədə çatışmayan nələrsə var. Kiçik səhvlər bizə baha başa gəlir. Vaxt lazımdır. Komanda şəklində bunun da öhtəsindən gələ bilərik. Düzdür, xal fərqi azalır. Amma çempionat davam edir. Atmosfer əla idi. Növbəti oyunlara hazırlaşacağıq”.

 - Hakimliklə bağlı etirazlarınız var idi, deyəsən?

 - Bu gün hər şey normal idi. Çətin oyun oldu. Birə-bir mübarizələr var idi. Normal idi hər şey.

- Buraxılan qolları necə şərh edərdiniz?

 - Orda səhvlər var idi. Fərdi səhvlər idi. Həm qapıçı, həm müdafiəçilərin. Komanda şəklində müdafiəni artırmalıyıq.

- Qışda müdafiə xəttinə transfer edəcəksiz?

 - Bu gün hücumu düzəltmək istəyirik. Ona görə bəzi nünasları risk alırıq. Baxsaq hər biri fərdi səhvlərdi. Taktiki səhvlər deyil. Bu oyunlar vacibdir ki, futbolçular artırsın. Nəticə əldə etmək üçün səhvlər az olmalıdır. Daha məsuliyyətli olmalıdırlar. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest