12 Noyabr 2023, 13:01
FUTBOL
"Bundan sonra hər dəfə qol buraxanda onu ləğv etmək üçün kiminsə ayağını tapdalamaq üçün fəryad edəcəyik. Bu, mütləq bir gün olacaq".
İtaliyanın "Leççe" klubunun prezidenti Saverio Stiççi Damiano İtaliya A Seriyasının XII turunun "Milan"la görüşündən sonra (2:2) VAR haqqında fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, yeni texnologiyanın istifadəsini dəhşət hesab edir:
"Oyunun sonunu nağıla bənzədirəm. Yəni zəhmətimiz hesabına yaratdığımız və şeytan xislətli VAR tərəfindən sona çatdırılan sehrli an yaşadıq. Həqiqətən, onun istifadə edilməsi sadəcə dəhşətdir. Bundan sonra hər dəfə qol buraxanda onu ləğv etmək üçün kiminsə ayağını tapdalamaq üçün fəryad edəcəyik. Bu, mütləq bir gün olacaq".
Xatırladaq ki, adıçəkilən qarşılaşmanın əsas vaxtına əlavə edilən 4-cü dəqiqədə Roberto Pikkoli "Leççe"ni hesabda önə çıxardı. Lakin forvard "Milan"ın futbolçusu Malik Tiavın ayağını tapdaladığı üçün qol VAR-ın qərarı ilə ləğv edildi.
"Leççe" ölkə çempionatının turnir cədvəlində 14 xalla 14-cü, "qırmızı-qaralar" isə 23 xalla 3-cü pillədə qərarlaşıb.