"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının XIII turunun "Valensiya" ilə görüşünü (5:1) şərh edib. O, Luka Modriçin ehtiyatda qalması barədə danışıb: "Modriç oyuna əsas heyətdə başlamalı idi".

"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının XIII turunun "Valensiya" ilə görüşünü (5:1) şərh edib. Matc.az xəbər verir ki, o, Luka Modriçin ehtiyatda qalması barədə danışıb:
 
"Modriç oyuna əsas heyətdə başlamalı idi. Səhvimi indi başa düşürəm. Əlində keyfiyyətli futbolçular çox olanda belə olur".
 
Xatırladaq ki, xorvatiyalı futbolçu qarşılaşmanın 60-cı dəqiqəsində Federiko Valverdeni əvəzləyərək mübarizəyə qoşulub. Darmadağının qeydə alındığı matçın yekununda "kral klubu" xallarının sayını 32-yə çatdırıb və 2-ci pillədəki yerini möhkəmlədib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest