12 Noyabr 2023, 14:19
FUTBOL
"Bavariya"nın hücumçusu Harri Keyn yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, o, Almaniya Bundesliqasının ilk 11 turunda 17 qol vuran ilk futbolçu olub.
İngiltərəli futbolçu bunu ölkə çempionatının XI turunun "Haydenhaym"la görüşündə (4:2) bacarıb. Keyn həmin qarşılaşmada 2 qol vurub.
"Tottenhem"in sabiq üzvü öncədən Bundesliqanın ilk 10 matçında 15 qol səddinə çatan oyunçu kimi ilkə imza atmışdı. Harri cari mövsüm "Bavariya"nın heyətində 16 oyuna çıxıb, 21 qol vurub və 7 məhsuldar ötürmə edib.