12 Noyabr 2023, 13:48
FUTBOL
"Qarabağ"ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov futbolçunun zədəsi ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, o, Andreyin durumunun yaxşı olduğunu bildirib:
"Tanrıya şükürlər olsun ki, Lunyovun durumu yaxşıdır. Onun zədəsinin ciddi olmaması üçün dualar etdik. Andrey özünü yaxşı hiss edir. Onun "Molde" ilə növbəti matçda oynamaq şansı var".
Xatırladaq ki, rusiyalı qolkiper Avropa Liqasının qrup mərhələsinin IV turunun "Bayer"lə (Leverkuzen) matçında zədələnmişdi. Onun 2 həftə yaşıl meydanlardan uzaq qalacağı haqda dünən xəbər vermişdik.
"Köhlən atlar" Andreyi mövsümün əvvəlində heyətinə qatıb. O, "Qarabağ"ın heyətində 9 rəsmi matçda meydana çıxıb.