Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Eqnatiya"nın forvardı Rafael Dvamena oyun vaxtı vəfat edib. Matc.az Albaniya xəbər verir ki, qanalı çempionatın XIII turunun "Partizani" ilə keçirilən matçın 24-cü dəqiqəsində qəflətən yerə yıxılıb.
 
Huşunu itirən 28 yaşlı oyunçu təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya aparılıb. Amma onun həyatını xilas etmək mümkün olmayıb. Futbolçu ürəktutmadan həyatını itirib. Həkimlər Rafaelin ürəyinin meydanda dayandığını bildiriblər.
 
Qana millisinin sabiq üzvü "Sürix", "Levante", "Saraqosa"da da forma geyinib.
 
Vüsal sözügedən matça ehtiyat oyunçular skamyasından başlayıb. Hadisə ilə əlaqədar matç elə 1:1 olarkən yarıda dayandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest