12 Noyabr 2023, 17:13
FUTBOL
"Aston Villa" bu gün İngiltərə Premyer Liqasında növbəti ev oyununa çıxacaq. Onlar ölkə çempionatının XIII turunun "Fulhem"lə matçında qələbə qazansalar, 91 il öncə imza atdıqları uğurlu nəticəni təkrarlayacaqlar.
"Aston Villa" bu gün İngiltərə Premyer Liqasında növbəti ev oyununa çıxacaq. Matc.az xəbər verir ki, onlar ölkə çempionatının XIII turunun "Fulhem"lə matçında qələbə qazansalar, 91 il öncə imza atdıqları uğurlu nəticəni təkrarlayacaqlar.
Belə ki, Unay Emerinin komandası Premyer Liqada keçirdiyi son 5 ev oyunundan qalib ayrılıblar. "Fulhem"i də məğlub etməyi bacarsalar, 1932/33 mövsümündə qeydə alınan nəticəni – ardıcıl 6 ev matçındakı qələbə seriyasını təkrarlayacaqlar.
"Aston Villa" hazırda ölkə çempionatının turnir cədvəlində 22 xalla 5-ci pillədə qərarlaşıb. Onlar XII turda səfərdə "Nottingem Forest"ə uduzublar.
Xatırladaq ki, "Aston Villa" - "Fulhem" qarşılaşması bu gün, saat 18:00-da start götürəcək.