12 Noyabr 2023, 18:18
FUTBOL
“Bavariya"nın idman direktoru Kristof Freund Münhen klubunun qış üçün transfer planlarından danışıb.
Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Çətin mövzudur. Əgər sağ cinah müdafiəçi mövqeyinə futbolçu dəvət etsəydik, onda son vaxtlar orada çıxış edən və yaxşı nəticə göstərən Konrad Laymer adi yarımmüdafiəçi mövqeyinə qayıda bilər. Biz həmçinin mərkəz müdafiəçiləri, sağ cinah müdafiəçiləri və altı nömrədə oynaya biləcək oyunçulara da baxırıq. Üstəlik, Afrika Kuboku, eləcə də Nussair Mazraoui və Kin Min Jae və bəlkə də Erik Çupo-Motinqin gedəcəyi Asiya Kuboku yaxınlaşır. Komandanın heyətində problemlər olmasın deyə nələrsə edəcəyik”.