Həmkarımın fikrini şərh etmək istəmirəm. Bu 3 ildə hakimlikdən ən çox əziyyət çəkən bizik. Həlledici məqamlarda həlledici səhvlər olub. Bizə deyəndə ki, hakim səhvləri ilə qələbə qazanılıb, ağır gəlir.

“Sona qədər mübarizə apardıq və vacib 3 xal qazandıq”.

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Qəbələ”yə 1:0 hesabı ilə qalib gələn “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Gözlədiyimizdən daha çətin sonluq oldu. Matçda nəzarət daha çox bizdə oldu. Qoldan sonra rəqib üstünlüyü ələ aldı. Böyük qüvvə ilə irəli atıldı. Hesabın, nəticələrin həyəcanı futbolçuları müdafiəyə oturmağa vadar etdi. Şükürlər olsun, qol buraxmadan vacib 3 xal qazandıq. Matçdan əvvəl də bilirdik ki, çətin olacaq. Kənardan çox müdaxilə etdik ki, boşluq verməyək. Rəqib riskə getdi. Müdafiədə bir epizod oldu ki, Lukoviç boş qapıdan topu çıxardı. Boşluq deməzdim, sadəcə rəqib böyük qüvvə ilə irəli atılmışdı. Bu zaman biz onların boşluğundan istifadə etməliydik. Komanda üzərində təzyiq var, bu da nəticələrlə bağlıdır. Bunu hiss edirdim. Liderlik müəyyən təzyiq yaradır. Futbolçular 1:0-dan sonra qorxub, nəticəni qorumağa çalışdılar. Oyundan əvvəl də demişdim ki, üstünüksə, qorxmayaq, arxaya çəkilməyək. Sona qədər mübarizə apardıq və vacib 3 xal qazandıq. Baxşıyev çox sevdiyim məşqçilərdən biridir. Gördüyü işlər təqdirəlayiqdir. Ola bilsin, emosional fikir bildirib. Hansısa epizod deyərdisə, baxıb, nəsə deyə bilərik. Həmkarımın fikrini şərh etmək istəmirəm. Bu 3 ildə hakimlikdən ən çox əziyyət çəkən bizik. Həlledici məqamlarda həlledici səhvlər olub. Bizə deyəndə ki, hakim səhvləri ilə qələbə qazanılıb, ağır gəlir. Mətbuat konfransında təhlillər olmadan fikirlər bildirilir, buna görə çox önəm vermirəm. Soyuq başla deyilən sözlərə əhəmiyyət verirəm. Bu gün "Qəbələ"nin də itkiləri var idi. Şikayət edə bilmərəm. Bizim heyətimiz rəqibə nisbətən daha geniş idi. 3-4 oyunçumuz zədədən yeni qayıdıb. Digər tərəfdən 6 oyunçumuzun 3 "sarı"sı var. Tur bitdikdən sonra videogörüntüdən sonra oyunçusu cəzalanan bizik. Zeblinin olmayan "qırmızı"sı... Hakimlikdən çox danışmaq istəmirəm. Bu il hakimlikdə irəliləyiş var, amma mənə qarşı səhvlər olub. Mən hər zaman Rəşad Sadıqov kimi danışıram. Hakimlərdə irəliləyiş var, düzdür, həm mənim leyhimə, həm də əleyhimə səhvlər olub. Amma əvvəl bizim matçlarda səhvlər çox olub. Bunu da demək olar. Əvəzedici komandadan bəzi futbolçular var. Bizimlə məşq edir və özlərini göstərməyə çalışırlar. İstəklidirlər. Əvəzedicilərimiz də uğurlu çıxış edirlər. Sadəcə bir az səviyyələrini qaldırmalıdırlar ki, əsas komandada rəqabət apara bilsinlər. Gələcəkdə əvəzedicilərdən 3-4 oyunçu əsas komandada ola bilər”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest