12 Noyabr 2023, 20:20
FUTBOL
Braziliya çempionatının 34-cü turunun “Koritiba” və “Kruzeyro” komandaları arasında keçirilən futbol oyunu azarkeşlər arasında kütləvi davaya çevrilib.
Matc.az xəbər verir ki, “Kruzeyro” 91-ci dəqiqədə qol buraxıb. Komandanın azarkeşləri hasarları aşıb meydançaya hücum edərəkdava ediblər. Bir müddət sonra “Koritiba” azarkeşləri də onlara qoşulub və insident tam davaya çevrilib. “Kruzeyro” azarkeşlərinin narazılığı həm də onunla bağlıdır ki, komanda 80-ci dəqiqədə qol vursa da, hakimin videotəkrarına baxdıqdan sonra qolu ləğv edib.
Qeyd edək ki, hər iki komanda Braziliya çempionatının turnir cədvəlinin aşağı liqa zonasındadır. “Koritiba” 29 xalla 19-cu, “Kruzeyro” isə 37 xalla 17-ci pillədədir.