“Milli fasilələr komandalara böyük zərbə vurur”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Səbail”i 3:1 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Sürətli əks-hücumları olan komandaya qarşı oynadıq. Qələbə üçün əziyyət çəkməli olduq. Bu gün futbolçularla ayrı-ayrılıqda söhbət etdik. amısı oynamaq istəyirdi. Bu, vacib məqamdır. Hazırlıqlarına güvənib, meydana buraxdım. Bizim tələb etdiyimiz bir neçə məqam var ki, çalışırıq onu edək. Əsas lazım olan detallar üzrəində işləyirik. Amma bu, o demək deyil ki, bunun üzərində işləmirik. Bəzən rəqibi də düşünmək lazımdır. Düzdür, başqa elementlərə vaxt ayırdığımız kimi buna da vaxt ayırırıq. Ümumiyyətlə standart vəziyyətdən istifadə edən futbolçularım azdır. Avropada bu epizodlardan yararlanan istedadlı oyunçular var. Biz hələ o bazara düşməmişik. Digər ölkələr də bunun üçün çalışırlar. Avropada bizim futbola maraq yoxdur. Bu, ayrı məsələdir. Aktivləşmək lazımdır. Mentalitet də Avropada oynamağa imkan vermir. Elə ölkələr var ki, işini sırf bunun üzərində qurur. Futbolda sabitlik olmalıdır. Milli fasilələr komandalara böyük zərbə vurur. Dəfələrlə olub ki, oyunçularım yığmada zədələnib. Bütün Avropa klubları bundan şikayət edir. Futbolçu yaxşı formada olduğu vaxtda milliyə gedir, yorğun qayıdır. Bu da baxımlı futbola zərbədir. UEFA, FIFA bunu nəzərə almalıdır. Bəzən azarkeşlər futbolçunun fanatı olur, lakin oyunçu zədələnir və uzun müddətlik sıradan çıxır. Belə olanda da müqavilənin yarısı artıq gedir. Veşoviç, Yankoviç çox vaxt millidən zədəli qayıdır. Onların məşqlərinə baxıram, başa düşə bilmirəm. Elə bil formada deyillər. Amma əsas heyət oyunçularıdır. İlboyu 50-60 matça çıxırlar. Futbolçunu da başa düşmək lazımdır. Oyunu uduzmaq olar, amma futbolçunun durumu önəmlidir. Avropada müxtəlif yollarla oyunçuları bərpa edirlər. Bəlkə də, geniş danışmaq olar, amma uzun məsələdir. Futbolçu yorulur, istirahət etməlidir. Həm fiziki, həm psixoloji çətinlik çəkirlər. 5-10 günlük istirahət olsa, yaxşı olar”.