12 Noyabr 2023, 22:55
FUTBOL
“Çelsi”nin müdafiəçisi Tiaqo Silva İngiltərə Premyer Liqanın XII turunda “Mançester Siti” ilə görüşdə fərqlənib. Matc.az xəbər verir ki, braziliyalı 4:4 hesabı ilə başa çatan oyunda 1 qol vurub.
Bununla “sambaçı” 39 yaşdan sonra Premyer Liqada qol vuran dördüncü futbolçu olub. Silvaya qədər bunu yalnız Teddi Şerinqem, Rayan Giqqz və Din Uindass bacarmışdı.
Qeyd edək ki, Tiaqo Silva “Çelsi”yə 2020-ci ildə PSJ-dən keçib.