"Napoli"nin baş məşqçisi Rudi Qarsiyanın istefasına bir addım qalıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Neapolluların prezidenti Aurelio De Laurentiis artıq yeni mütəxəssis tapmaq üzərində işləyir. Qarsiya 48 saat ərzində işdən çıxarılacaq.

Qeyd edək ki, bu gün “Napoli” A Seriyasının 12-ci turunda evdə “Empoli”yə 0:1 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest