13 Noyabr 2023, 00:01
FUTBOL
"Bu əməkdaşlığın məhsuldar olması klublarımız üçün çox sevindiricidir. Bir gün biz də “Fənərbaxça” akademiyasını klublarımızda qəbul etmək istərdik. Bu, bizim üçün qürur mənbəyi olar"
Azərbaycanlı futbol məşqçiləri “Fənərbaxça”nın akademiyasına baş çəkiblər. Matc.az saytı xəbər verir ki, bir həftə İstanbulda qalan mütəxəssislərimiz çalışmaları yerində təhlil edib, akademiyanın fəaliyyəti ilə maraqlanıblar.
Türkiyəyə 2022-23 mövsümünü çempion kimi başa vuran U-19 və U-17 komandalarının məşqçiləri yollanıblar. Bunlar Zaur Hacıyev və Saşa Yunisoğludu. Hacıyev “Qəbələ”nin U-19, Yunisoğlu isə “Sabah”ın U-17 komandası ilə ötən mövsümü zirvədə tamamlayıb. Onlar çempionluq mükafatı olaraq AFFA tərəfindən təcrübələrini artırmaları üçün “Fənərbaxça”nın düşərgəsinə göndəriliblər.
Mütəxəssislər Türkiyə mətbuatına açıqlamasında “Fənərbaxça”a barədə müsət fikirlər səsləndiriblər:
“Təəssüratlarımıza görə, burada strukturlaşma Avropa standartlarına çatıb. Məşqçilərin əməkdaşlığa, məlumat mübadiləsinə və texnologiyadan futbolda istifadəyə açıq olmaları möhtəşəmdir. Oyunçuların, məşqçilərin və valideynlərin psixososial dəstəyi fərqli işlərdən biri olaraq diqqətimizi çəkdi. Buradan yeni təcrübə ilə ayrılırıq. Bu əməkdaşlığın məhsuldar olması klublarımız üçün çox sevindiricidir. Bir gün biz də “Fənərbaxça” akademiyasını klublarımızda qəbul etmək istərdik. Bu, bizim üçün qürur mənbəyi olar”.