Azərbaycan Premyer Liqasının XIII turu “Sabah” üçün üçqat yubileylə yadda qalıb. Matc.az xəbər verir ki, bu, komandanın “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəldiyi görüşə təsadüf edib.
 
Bakılılar 2018-19 mövsümündən çıxış etdiyi Premyer Liqada 60-cı qələbəsini qazanıb. Bunun 30-u səfər qarşılaşmalarında reallaşıb.
 
“Sabah” 153-cü oyununda 60-cı qalibiyyətini əldə edibsə, səfərdə 30-cu qələbəyə çatmaq üçün 77 matç keçirməli olub.
 
“Turan Tovuz”la qarşılaşmada hesabı açan Davit Volkov “Sabah”ın Premyer Liqada 200-cü qolunun müəllifi olub.
 
Qeyd edək ki, “Sabah” hər üç göstəricidəki ilkə 2018-ci il avqustun 12-də “Şamaxı” ilə səfər görüşündə imza atıb. Həmin vaxt komandaya 1:0 hesablı qələbəni Marko Deviç qazandırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest