İngiltərəli müdafiəçi Şotlandiya Premyer Liqasının XII turunda “Livinqston”u 2:0 hesabı ilə məğlub etdikləri görüşdə penaltidən fərqlənərək, karyerasının 100-cü qolunu vurub.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası karyerası ərzində 100 və daha çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb. Matc.az xəbər verir ki, 14 nəfərlik siyahıya son olaraq “Reyncers”in üzvü Ceyms Tavernier düşüb.
 
İngiltərəli müdafiəçi Şotlandiya Premyer Liqasının XII turunda “Livinqston”u 2:0 hesabı ilə məğlub etdikləri görüşdə penaltidən fərqlənərək, karyerasının 100-cü qolunu vurub.
 
Siyahıya isə niderlandlı Ronald Kuman başçılıq edir. Əfsanəvi müdafiəçi aktivində 254 qol yazdırıb. 100 qola çatan 14 oyunçudan cəmi ikisi karyerasını davam etdirir. Onlardan biri Tavernierdirsə, digəri hazırda “Sevilya”da çıxış edən Serxio Ramosdur.
 
1. Ronald Kuman (Niderland, 1980-1997) – 254 qol
2. Daniel Passarella (Argentina, 1974-1989) - 175
3. Fernando Yerro (İspaniya, 1987-2005) - 170
4. Nelinyo (Braziliya, 1970-1987) - 141
5. Serxio Ramos (İspaniya, 2004-) - 133
6. Roberto Karlos (Braziliya, 1991-2015) - 125
7. Loran Blan (Fransa, 1987-2003) - 124
8. Edqardo Bauza (Argentina, 1977-1992) - 111
9. Manfred Kalts (Almaniya, 1971-1991) - 110
10. Sinişa Mixayloviç (Yuqoslaviya/Serbiya, 1988-2006) - 109
11. Bruno Petsey (Avstriya, 1973-1990) - 105
12. Hans-Yurgen Dorner (Şərqi Almaniya, 1969-1985) - 105
13. Markus Tulio Tanaka (Yaponiya, 2001-2019) - 104
14. Ceyms Tavernier (İngiltərə, 2009-) - 100

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest