13 Noyabr 2023, 11:34
FUTBOL
Klub rəhbərliyi Moreno Lonqo ilə yollarını ayırmaq qərarına gəlib. Onun boşluğunu isə “Komo”nun gənclər komandasında çalışan Fabreqas dolduracaq. Gün ərzində onun təyinatının təsdiqlənməsi gözlənilir.
İspaniyalı sabiq futbolçu Sesk Fabreqas baş məşqçi karyerasına başlayıb. Matc.az xəbər verir ki, 36 yaşlı mütəxəssis İtaliya klubu “Komo”nun sükanı arxasına gətirilib.
Klub rəhbərliyi Moreno Lonqo ilə yollarını ayırmaq qərarına gəlib. Onun boşluğunu isə “Komo”nun gənclər komandasında çalışan Fabreqas dolduracaq. Gün ərzində onun təyinatının təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, ötən mövsümün sonunda məhz “Komo”nun heyətində futbolçu karyerasını başa vuran Sesk Fabreqasa U-19 komandası həvalə olunub. “Komo” hazırda İtaliya B seriyasında 6-cı pillədə qərarlaşır.