13 Noyabr 2023, 12:31
FUTBOL
İngiltərə Premyer Liqasının XII turunda “Brentford”la oyunda (3:0) dubla imza atan “Liverpul”un hücumçusu Məhəmməd Salah ingilis komandalarının heyətində 200-cü qolunu vurub.
31 yaşlı misirli “Liverpul”da 198, “Çelsi”də isə 2 dəfə rəqib qapılarına yol tapıb. O, “mersisaydlılar”da ümumilikdə 322 oyun keçirib, Premyer Liqada 147, avrokuboklarda 44 qol, ölkə kubokunda 5, Liqa Kuboku və Superkubokda 1 qol vurub. Salah “Çelsi”nin forması altında 19 matçda iştirak edib və Premyer Liqada 2 dəfə fərqlənib.
Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən “Liverpul”da çıxış edir.