13 Noyabr 2023, 13:00
FUTBOL
“Hatay çox yaxşı şəhərdi, burada olmaqdan şadam”. Matc.az xəbər verir ki, bunu “Hatayspor”un azərbaycanlı futbolçusu Renat Dadaşov Türkiyə mətbuatına açıqlamasında deyib.
Azərbaycan millisinin hücumçusu Super Liqanın XII turunda “Qalatasaray” üzərində 2:1 hesablı qələbəni dəyərləndirib. O, bu qalibiyyəti baş məşqçi Volkan Dəmirələ həsr etdiklərini söyləyib: “Bizdən əvvəl “Bavariya” kimi komanda ilə oynamış “Qalatasaray”ı məğlub etmək xoşdu. Vacib qələbə qazandıq. Bu uğurun əsas memarı isə baş məşqçimiz Volkan Dəmirəldi. Ona görə də, qalibiyyəti ona həsr edirik. Baş məşqçinin bütün tapşırıqlarını meydanda yerinə yetirməyə çalışdıq”.
Qeyd edək ki, “Hatayspor” hazırda 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.