AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan – İsveç oyununa təyinat alan Ester Ştaubli karyerasında ilk dəfə beynəlxalq arenada kişilər arasında oyunu idarə edəcək. Matc.az saytının məlumatına görə, 44 yaşlı qadın referi indiyə qədər yalnız qadınların qitəmiqyaslı turnirlərində ədaləti qoruyub.
 
Ştaublinin yolu indiyə qədər qadın futbolçularımızla kəsişməsə də, kifayət qədər təcrübəli hakimdir. O, 2006-cı ildən FİFA referisi statusunu daşıyır. İsveçrəli bu ilin əvvəlində baş tutan qadınlar arasında dünya çempionatında iş başında olan hakimlər sırasında yer alıb. 2015-ci ildə isə Çempionlar Liqasının final matçını idarə edib.
 
Gələn ilin oktyabrında 45 yaşı tamam olacaq Ester Ştaubli FİFA hakimi qismində son ilini keçirir. Azərbaycan – İsveç görüşünü də ali futbol qurumu tərəfindən onun karyerasına bir hədiyyə kimi qiymətləndirmək olar.
 
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest