13 Noyabr 2023, 16:02
FUTBOL
“Sabah”ın yerli futbolçuları ilə yanaşı, legionerləri də öz millilərinə çağırılıb. Matc.az xəbər verir ki, konkret olaraq iki əcnəbi oyunçu ölkəsinə yollanacaq.
Bunlar Vinsent Till və Davit Volkovdu. Till Lüksemburqun, Volkov isə Gürcüstanın AVRO-2024-ün seçmə mərhələsində son matçlarında iştirak edə biləcək.
Hər iki komanda oyunlarını noyabrın 16-da və 19-da keçirəcək. Gürcüstan evdə Şotlandiyanın, səfərdə İspaniyanın sınağına çıxacaq.
Lüksemburq isə Bosniya və Herseqovina ilə öz meydanında, Lixtenşteynlə səfərdə üz-üzə gələcək.