13 Noyabr 2023, 16:45
FUTBOL
“Bavariya” maliyyə ilini mənfəətlə başa vurub. Matc.az xəbər verir ki, bu barədə Almaniya klubu hesabatında bildirib.
Belə ki, münhenlilər 2022-ci il iyulun 1-dən 2023-cü il iyunun 30-dək davam edən maliyyə ilinin yekunlarına dair hesabat dərc edib.
Klubun il ərzində dövriyyəsi 665,7 milyon avrodan rekord həddə - 854,2 milyon avroya yüksəlib. “Bavariya”nın öz kapitalı isə 536,5 milyon avroya çatıb. Klubun vergidən əvvəlki mənfəəti 54,5 milyon avro, xalis mənfəəti isə 35,7 milyon avro təşkil edib.
“Bavariya” maliyyə ilini ardıcıl 31-ci dəfə mənfəətlə başa vurub. Bu isə dünya futbolu tarixində rekord göstəricidi.