“Bayer”in futbolçusu Alexandro Qrimaldo Avropa Liqasının qrup mərhələsində “Qarabağ” üzərində qələbəni dəyərləndirib. Matc.az xəbər verir ki, 28 yaşlı müdafiəçi oyundan sonra çox sevincli olduqlarını söyləyib.
 
İspaniya millisinin üzvü artıq növbəti mərhələ barədə düşünəcəklərini bildirib: “Qarabağ”la matçdan sonra Almaniyaya qayıdarkən üçün uçuş bir az gec oldu. Həmin vaxt ailəmlə və dostlarımla danışa bilmədim. Bu uğuru həm növbəti mərhələdə, həm də Bundesliqada davam etdirmək istəyirik”.
 
O, İspaniya millisinə çağırılmasına da münasibət bildirib: “Leverkuzenə çatanda telefonum mesajlarla dolmuşdu. Ailəm, yaxınlarım yığmaya çağırıldığım üçün təbrik edirdilər. Özüm də bunu internet vasitəsilə gördüm”.
 
Qeyd edək ki, “Bayer” Tofiq Bəhramov adına Respublika stadionunda 1:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest