“Standard”ın oyunçusu Belçika çempionatının son turunda “Antverpen”lə görüşün sonlarında zədələnərək, əvəzlənib. Bu səbəbdən 24 yaşlı oyunçu yığmanın heyətindən çıxarılıb.

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Belçika yığmasında zədəlilərin sayı artmaqdadı. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar”ın daha bir futbolçusu sıradan çıxıb.
 
Bu dəfə müdafiəçi Zinyo Vanheusden zədələnib. “Standard”ın oyunçusu Belçika çempionatının son turunda “Antverpen”lə görüşün sonlarında zədələnərək, əvəzlənib. Bu səbəbdən 24 yaşlı oyunçu yığmanın heyətindən çıxarılıb. Vanheusden həm Serbiya ilə yoldaşlıq görüşünü, həm də Azərbaycanla rəsmi qarşılaşmanı buraxacaq.
 
Qeyd edək ki, belçikalılar noyabrın 15-də Serbiyanı, 19-da isə Azərbaycanı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest