14 Noyabr 2023, 11:16
FUTBOL
“Neftçi”nin daha bir legioneri millisinə çağırılıb. Matc.az xəbər verir ki, Kilan Lebondan sonra digər yarımmüdafiəçi Ataa Caber də yığmada çıxış edəcək.
29 yaşlı orta sahə oyunçusu Fələstin millisinə dəvət alıb. O, dünya çempionatının seçmə mərhələ görüşlərində məşqçilər korpusunun ixtiyarında olacaq. Fələstin noyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərində Livanla, 21-də isə Küveytdə Avstraliya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Ataa Caber Fələstin yığmasının heyətində 4 oyun keçirib.