Reytinqə 1977-1990-cı illərdə “qırmızılar”ın formasını geyinmiş Kenni Dalqlişi başçılıq edir. 2017-ci ildən Premyer Liqa komandasında çıxış edən Məhəmməd Salah ikinci sıradadı.

“Liverpul” tarixinin ən uğurlu transferləri müəyyənləşib. Matc.az xəbər verir ki, “FourFourTwo” nəşri İngiltərə klubunun heyətinə qatdığı ən yaxşı oyunçuları sıralayıb.
 
Reytinqə 1977-1990-cı illərdə “qırmızılar”ın formasını geyinmiş Kenni Dalqlişi başçılıq edir. 2017-ci ildən Premyer Liqa komandasında çıxış edən Məhəmməd Salah ikinci sıradadı.
 
Karyerasını “Liverpul”da davam etdirənlərdən Vircil Van Deyk sıralamada 9-cudu.
 
“Liverpul” tarixinin ən uğurlu 10 transferi:
1. Kenni Dalqliş (1977-ci ildə “Seltik”dən);
2. Məhəmməd Salah (2017-ci ildə “Roma”dan);
3. Yan Raş (1980-ci ildə “Çester Siti”dən);
4. Kevin Kiqan (1971-ci ildə “Skuntorp Yunayted”dən);
5. Qrem Suness (1978-ci ildə “Midlsbro”dan);
6. Con Barnes (1987-ci ildə “Uotford”dan);
7. Luis Suares (2011-ci ildə “Ayaks”dan);
8. Rocer Hunt (1958-ci ildə “Stokton Hit”dən);
9. Vircil Van Deyk (2018-ci ildə “Sauthempton”dan);
10. Ron Yeyts (1961-ci ildə “Dandi Yunayted”dən).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest