Əliyar Ağayev UEFA-dan daha bir təyinat alıb. Matc.az xəbər verir ki, FİFA referisi AVRO-2024 seçmə mərhələsində keçiriləcək Finlandiya – Şimali İrlandiya oyununu idarə edəcək.
 
Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Qarşılaşmanın dördüncü hakimi Kamal Umudlu olacaq. Matçın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilovdi.
 
Qeyd edək ki, Finlandiya – Şimali İrlandiya görüşü noyabrın 17-də Helsinki Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest