"Səudiyyə klublarına keçmək barədə düşünmürdüm. Bu, böyük bir təklif idi, amma mətbuatda yazdıqları kimi 50 milyon avro deyil"

“Atletiko”nun hücumçusu Alvaro Morata Səudiyyə Ərəbistanı klublarından sərfəli təklif alıb. Matc.az xəbər verir ki, bunu ulduz futbolçu özü açıqlayıb.
 
Lakin o, ərəb ölkəsinə yollanmaq fikrində olmadığını bildirib: “Səudiyyə klublarına keçmək barədə düşünmürdüm. Bu, böyük bir təklif idi, amma mətbuatda yazdıqları kimi 50 milyon avro deyil. Burada titullar qazanmaq üçün “Atletiko”da qalmaq istəyirdim. Eyni zamanda İspaniya millisindəki yerimi itirmək istəmirdim”.
 
Qeyd edək ki, Alvaro Morata 2019-cu ildən “Atletiko”da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest